| |
Evinizi təmir edərkən boyanın hansı növündən istifadə edəcəyinizi müəyyənləşdirmək mühüm amildir. Siz evinizin içərisini təmir edirsinizsə o zaman otaqların təyinatına görə boya seçməyiniz məqsədə uyğundur. Belə ki, yataq və uşaq otaqları, mətbəxt üçün antibakterial su tərkibli, dəhliz üçün yuyula bilən yarıparlaq boyalar, sauna və açıq eyvanlar üçün isə isti-soyuqa davamlı izolyasiya qabiliyyətli boyalar istifadə etsəniz rastlaşa biləcəyiniz problemləri əvvəlcədən həll etmiş olarsınız .
Fenomastic Primer
Akrilik əsaslı, yüksək yapışma özəlliyinə malik içəri üçün istifadə olunan astardır.
Fenomastic Matt
Akrilik kopolimer əsaslı, su tərkibli, mat görünüşlü içəri boyasıdır.
Multicolor rəng sistemi ilə rəngləndirilə bilir.
Fenomastic Silk
07 silk parlaqlığı olan, akrilik kopolimer əsaslı, su tərkibli içəri boyasıdır. Yarımparlaq olması üzərinə düşən ləkələrin asanlıqla yuyulmasına zəmin yaradır.
Multicolor rəng sistemi ilə rəngləndirilə bilir.
Stucco
asanlıqla vurula bilən akrilik üzlük məcundur. Divar səthində olan kiçik çatlaqların doldurulmasında istifadə olunur.
Gardex
Yüksək keyfiyyətli, alkid, qurğuşunsuz, lüks boyadır. Mükəmməl örtücülük qabidliyyətlidir. Heç vaxt saralmır, rəngi solmur.
Mat, yarımat və parlaq çeşidləri vardır.
Multicolor rəng sistemi ilə rəngləndirilə bilir.
İçəridə taxta, dəmir, beton və suvaq, fasadda dəmir və taxtanın boyanması üçün istifadə oluna bilər.
Bengalac
Alkid əsaslı boyadır. Mat, yarımat və parlaq çeşidləri vardlır. İçəridə dəmir, taxta, suvaq, fasadda taxta və dəmirin boyanması üçün istifadə oluna bilər.
Jotafibre
Divarda olan kiçik çatlaqları örtmək üçün və divara xüsusi gorünüş verən ipək örtükdür
|



|